image-reklam-veteninfo
image-1backend

İran ABŞ-a meydan oxuyur: Əraqçı Putinlə görüşəcək

image-reklam-veteninfo

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 27-si səhər Rusiyaya səfər edib.

Vətəninfo.az xəbər verir ki , bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb və Əraqçinin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.Sankt-Peterburq hava limanında verdiyi müsahibədə xarici işlər naziri qeyd edib ki, uzun müddətdir Rusiya tərəfi ilə yüksək səviyyəli görüşlər olmayıb. “Bugünkü görüş müharibədəki inkişafları və mövcud vəziyyəti müzakirə etmək üçün yaxşı fürsət olacaq. Əminəm ki, bu məsələ ilə bağlı iki ölkə arasında məsləhətləşmələr xüsusi əhəmiyyət kəsb edəcək”, – deyə Əraqçi bildirib.Bundan əvvəl o, Pakistan və Omana səfər etmişdi və orada müzakirələrin əsas mövzusu müharibənin dayandırılması və atəşkəs məsələsi idi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki