image-reklam-veteninfo
image-1backend

İran  ABŞ-ı məhkəməyə VERDİ

image-reklam-veteninfo

Dünən Haaqa Arbitraj Məhkəməsində İran ABŞ-yə qarşı yeni beynəlxalq iddia qaldırıb.

Məlumata görə, iddia 1981-ci il Əlcəzair Sazişləri çərçivəsində qeydiyyata alınıb və ABŞ-ın bir sıra addımları beynəlxalq öhdəliklərin pozulması kimi dəyərləndirilir.

İran tərəfi ABŞ-ni aşağıdakı hallarda ittiham edir:
• İranın nüvə obyektlərinə qarşı hərbi hücumlar;
• İqtisadi sanksiyaların tətbiqi;
• Güc tətbiqi ilə hədələmə.

İddiada qeyd olunur ki, bu addımlar “12 günlük müharibə” dövründə baş verən hadisələrlə əlaqələndirilir.

İran məhkəmədən ABŞ-nin:
• Sazişləri pozduğunun tanınmasını;
• İranın daxili işlərinə müdaxilənin dayandırılmasını;
• Gələcəkdə oxşar addımların təkrarlanmamasına zəmanət verilməsini;
• Maddi ziyanın ödənilməsini
tələb edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki