image-reklam-veteninfo
image-1backend

İran  ABŞ ilə nüvə məsələsini müzakirə etməyə hazırdır

image-reklam-veteninfo

“Əl-Ərəbiyyə” mənbələrə istinadən xəbər verir ki, İran sülh danışıqları ilə bağlı bəzi tələblərini dəyişdirib və nüvə proqramını ABŞ ilə müzakirə etməyə hazırdır.

Tehran həm də uranın zənginləşdirilməsi səviyyəsini 3,5%-ə endirməyi və zənginləşdirilmiş material ehtiyatlarını tədricən azaltmağı təklif edib.

İranın üç mərhələli planı:

Mərhələ 1: Müharibənin bitməsi

-Atəşkəsin daimi sülhə çevrilməsi (≈30 gün)

-Hörmüz boğazının açılması + ABŞ blokadasının tədricən qaldırılması

-Təcavüzə son qoyulması (🇮🇱 İsrail də daxil olmaqla)

Mərhələ 2 (orta müddətli): Nüvə sazişi

-Uran zənginləşdirilməsinin 15 ilə qədər dondurulması

-Daha sonra 3,5%-ə qədər məhdudiyyət (mülki sektorlarda)

-Nüvə obyektləri sökülməməli

-Sanksiyaların mərhələli şəkildə ləğvi

Mərhələ 3 (uzunmüddətli): Region

-Yaxın Şərq təhlükəsizliyi ilə bağlı danışıqların başlanması




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki