Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan gələn raket və pilotsuz təyyarə hücumlarını dəf edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat verib.
Hesabatda BƏƏ-də eşidilən səslərin raket və dron fəaliyyətindən qaynaqlandığı bildirilir.
Həmçinin, ictimaiyyətdən sakit qalmaları və müvafiq qurumların təhlükəsizlik təlimatlarına əməl etmələri xahiş olunur.
Son iki ayda BƏƏ İranın atəşindən digər ölkələrə nisbətən daha çox zərər çəkib.


























