image-reklam-veteninfo
image-1backend

“İran hələ də müxtəlif imkanlara malikdir” – Netanyahu 3 əsas hədəfini açıqladı

image-reklam-veteninfo

İsrail Baş naziri Benyamin Netanyahu İranla müharibənin bitmədiyini deyib.

İranın hələ də əhəmiyyətli hərbi imkanlara malik olduğunu iddia edən Netanyahu üç əsas hədəfini açıqlayıb:

– Tehranın uran ehtiyatlarını və qurğularını məhv etmək;

– İranın ballistik raket proqramını dayandırmaq;

– İranın bölgədəki proksi qüvvələrini zərərsizləşdirmək.

Netanyahu qeyd edib ki, imkanları xeyli azaltsa da, İran hələ də müxtəlif imkanlara malikdir.

Netanyahu həmçinin zənginləşdirilmiş uranın İrandan çıxarılmasının mümkün olduğunu iddia edib və əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp ona ora getmək istədiyini deyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki