image-reklam-veteninfo
image-1backend

İran ilkin şərt irəli sürüb, yalnız yerinə yetirildiyi təqdirdə ABŞ ilə danışıqlar apara bilər

image-reklam-veteninfo

Tehran danışıqlara hazırdır, amma yalnız ABŞ Hörmüz boğazının blokadasını aradan qaldırdıqdan sonra.

Vətəninfo.az xəbər verir ki, bu barədə İran KİV-lərinin məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.

“ABŞ yeni danışıqlar mərhələsinə başlamazdan əvvəl atəşkəsi pozmağı dayandırmalıdır. Hörmüz boğazının blokadası qaldırıldıqdan sonra növbəti raund İslamabadda keçiriləcək”, – deyə o bildirib.

İrəvani İranın istənilən ssenariyə hazır olduğunu vurğulayıb.

“Biz hərbi təcavüzə başlamamışıq. Əgər onlar siyasi həll yolu axtarırlarsa, biz hazırıq. Əgər onlar müharibə istəyirlərsə, İran da buna hazırdır”, – deyə o vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki