Bu gün İran parlamentinin üzvü Məhəmməd Bəyat açıq şəkildə ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun öldürülməsinə çağırış edib.
Vətəninfo.az xəbər verir ki, millət vəkili “Didban-e İran” saytına müsahibəsində bildirib ki, “qisas”ın həyata keçirilməsi vacibdir və Tramp ilə Netanyahu aradan götürülməlidir. Onun sözlərinə görə, bu iki liderin “əlləri saysız-hesabsız günahsız insanların qanına bulaşıb”.
Bəyat ABŞ ilə mümkün danışıqlara da toxunaraq İslamabad müzakirələrini “aldatma” adlandırıb. O, bildirib ki, Vaşinqton və Təl-Əvivin İranla düşmənçiliyi “emosional deyil, əsaslıdır” və deputat onların “İslama qarşı” olduqlarını açıqlayıb.


























