image-reklam-veteninfo
image-1backend

İran Müdafiə Nazirliyinin sözçüsü: ABŞ qlobal güc deyil

image-reklam-veteninfo

İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talay-Nik ABŞ və İsrail arasında yaşanan qarşıdurmaların beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olduğunu bildirib.

“Mehr” agentliyinin yaydığı məlumata görə, İran rəsmisi çıxışında ABŞ-ın qlobal hegemonluğunun zəiflədiyini iddia edib.

“Üçüncü məcburi müharibənin nəticəsi olaraq Amerikanın qlobal hegemonluğu çöküb. İran xalqı və silahlı qüvvələri istənilən təhdid və ya təcavüzə qətiyyətli cavab verməyə hazırdır”, – deyə Talay-Nik bildirib.

İran Müdafiə Nazirliyinin sözçüsü əlavə edib ki, ABŞ-ın birtərəfli siyasətinin sonu yaxınlaşır və dünya yeni beynəlxalq düzənə doğru dəyişir.

Onun sözlərinə görə, dünya artıq çoxtərəfli münasibətlər sisteminə istiqamətlənir və bu prosesdə İran xalqının müqaviməti mühüm rol oynayır.

Talay-Nik həmçinin 2026-cı il 28 fevral tarixində baş verdiyi bildirilən “Ramazan müharibəsi”nə istinad edərək, İranın müqavimətinin ABŞ-ın birtərəfli siyasətinə qarşı alternativ güc balansının formalaşmasına təsir etdiyini vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki