İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Hüseyni Qumi Müctəba Xameneyinin tam sağlam olduğunu və ölkənin idarəetmə prosesinə rəhbərlik etdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, o, bəzi dairələrdə ali rəhbərin ictimaiyyət qarşısında görünməməsi və ya audio-video mesajlar yaymaması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
Rəsmi qeyd edib ki, bu cür suallar “hədəflənmiş eyhamlarla uyğun gəlir” və hazırkı şəraitdə əsas prioritet onun təhlükəsizliyinin təmin olunmasıdır.
Qumi bildirib ki, son hadisələr zamanı binada olan şəxslər arasında itkilər olub. Onun sözlərinə görə, Müctəba Xameneyi hadisədən sağ çıxıb və “Allahın lütfü ilə qorunub”.
Sitat: “Ali lider fiziki cəhətdən “tam sağlamdır” və ölkənin idarə olunması prosesi fasiləsiz şəkildə davam edir”.


























