İranın Rusiyadakı səfiri Kazım Cəlali bəyan edib ki, Tehran ölkəni Rusiya vətəndaşları üçün açmağa hazırdır və Rusiya Federasiyası ilə vizasız rejimin yaradılmasında maraqlıdır.
Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, İran tərəfi artıq rusiyalı həmkarlarına bu məsələnin həlli ilə bağlı öz variantlarını təklif edib.
Diplomat həmçinin qeyd edib ki, Moskva və Tehran milli valyutalarda bank hesablaşmaları sahəsində əməkdaşlığı uğurla genişləndirir.
“Hazırda bank sahəsində iki ölkə münasibətlərinin tarixində ən yaxşı vəziyyət yaranıb”, — deyə o, vurğulayib.


























