image-62947e33e1e0562947e33e1e06165389880362947e33e1e0362947e33e1e04backend

İran və Azərbaycan Blokçeyn sahəsində əməkdaşlıq edəcək

image-reklam_sirab_01

İran və Azərbaycan Blokçeyn sahəsində əməkdaşlıq edəcək. Bunu İranın Blokçeyn evinin baş direktoru Əli Zəncani APA-ya müsahibəsində deyib.

O, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və Azərbaycanla İran arasında digital valyuta və Blokçeyn sahəsində də əməkdaşlıq üçün geniş imkanın olduğunu bildirib: “İki ölkə Blokçeyn sahəsində təlim və alış-veriş həyata keçirə bilər. İran hazırda Gürcüstan və digər qonşu ölkələr ilə digital valyuta və Blokçeyn sahəsində əməkdaşlıq edir. İran Azərbaycanla bu sahədə təlim təşkil edə bilər. Universitetlərdə müştərək dərslər təşkil etmək mümkündür.”

Qeyd edək ki, “Blokçeyn” (ing.: “Blockchain”) blokların bir-biri ilə kriptoqrafik olaraq birləşmələrindən formalaşan zəncirdir və bu zəncirə “Paylanmış hesablar sistemi” (ing.: “Distributed Ledger Technologie”) də deyilir.
“Distributed Ledger Technologie” açıq və mərkəzsiz aparılmış hesabdır. Sistem rəqəmsal ödəniş və iş münasibətlərində istifadəçidən istifadəçiyə olan ötürmələri nəzarətedici bir mərkəzin olmamasına baxmayaraq, qeyd edir və təsdiq edir.

Xatırladaq ki, İranda digital iqtisadi və digital valyuta sahəsində ilk sərgi Tehranda təşkil olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki