image-reklam-veteninfo
image-1backend

İranda mülki aviasiya çətin durumda: Müharibədə zədələnən təyyarələrin sayı açıqlandı 

image-reklam-veteninfo

ABŞ ilə qarşıdurma fonunda İran ərazisində 20-yə yaxın mülki hava gəmisi zərər görüb. Vətəninfo.az xəbər verir ki, bu faktı İran Hava Yolları Assosiasiyasının katibi Maqsud Əsədi Samani açıqlayıb.

“ABŞ və  İsrail qüvvələrinin İslam Respublikasının hava limanlarına endirdiyi aviazərbələr nəticəsində İranın 20-yə yaxın mülki təyyarəsinə ziyan dəyib”, – deyə Maqsud Əsədi Samani vurğulayıb.

Assosiasiya rəsmisinin sözlərinə əsasən, gərginlikdən öncə mövcud olan 300-ə yaxın hava gəmisindən cəmi 150-si istismara yararlı olub: “Zərər görmüş təyyarələri hesaba aldıqda hazırda mülki aviasiyanın sərəncamında 130-a yaxın işlək hava gəmisi var”.

O, mərkəzi uçuş-enmə zolaqlarının salamat qaldığını diqqətə çatdırıb. Bu səbəbdən hava məkanında tam təhlükəsizlik yarandıqdan sonra ölkə aeroportlarının potensialının 90-95 faizindən çoxu qısa müddətdə öz fəaliyyətini bərpa etmək imkanına malikdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki