KOB Subeyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində “İş dünyası-100 ilin zirvəsi” adlı biznes forum və sərgi baş tutacaq.
Vətəninfo.az xəbər verir ki, layihə Ulu öndər Heydər Əliyevin 100 ilik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunur. Beləki, Azərbaycan və qardaş ölkə Türkiyə arasındaki İqtisadi əlaqələrin möhkəmlənməsi və 2 ölkənin KOB subyektləri arasında əlaqələrin, əməkdaşlığın qorunmasına və artmasına töhfə vermək məqsədilə icra olunacaq layihənin 26-27 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır. Layihədə Azərbaycan tərəfindən müxtəlif sektorları təmsil edən 60-a yaxın KOB subyektinin iştirakı nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, cari ilin 13-14 İyul tarixlərində eyni adlı layihə Türkiyənin İstanbul şəhərində KOBSKA-nın və MÜSİAD Azərbaycanın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Müstəqil və Sənayeçi İş Adamları Birliyinin (MÜSİAD) rəsmi tərəfdaşlığı ilə keçirilib. Ümumilikdə 200-dən çox sahibkarın iştirakı ilə baş tutan tədbir zamanı Azərbaycanlı iş adamlarının xidmət, mal və məhsullarının sərgiləndiyi sərgi də keçirilib. Tədbir sahibkarlar tərəfindən yüksək rəğbətlə qarşılanıb.
“İş dünyası-100 ilin zirvəsi“-Ankara layihəsində iştirak etmək və ətraflı məlumat əldə etmək istəyən sahibkarlar qeyd olunan linkdən qeydiyyatdan keçə bilərlər.
Müraciət linki:
https://forms.gle/k9stDNYMGfP5oKTM8
“İş dünyası-100 ilin zirvəsi”-İstanbul Biznes Forum və sərgisindən video çarx” : https://youtu.be/-0rMsevUxWU