Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev çərşənbə axşamı Əbu-Dabidə keçirilən IDEX-2023 Beynəlxalq Müdafiə Sərgisi və Konfransı çərçivəsində İsrailin “Aeronautics” şirkətinin rəhbəri Moşe Elazar ilə görüş keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat yayıb.
Pilotsuz uçuş aparatlarının birgə istehsalı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.