image-reklam-veteninfo
image-istanbul-son-deqiqebackend

İstanbulda İsrail Konsulluğu qarşısında silahlı insident: 3 terrorçu zərərsizləşdirildi

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Beşiktaşda İsrail Konsulluğunun yerləşdiyi binanın qarşısında silah səsləri eşidilib. Baş verən qarşıdurmada 3 terrorçu zərərsizləşdirilib, 2 polis əməkdaşı yaralanıb.

Bildirilir ki, 3 hücumçu kirayə götürülmüş avtomobillə hadisə yerinə gəlib və onların üzərində uzun lüləli silahlar, kamuflyaj geyimlər və çantalar olub.

Daxili İşlər Naziri Mustafa Çiftçi bildirib: “İstanbulda Yapı Kredi Plaza bloklarının qarşısında xidmət aparan polis əməkdaşlarımıza qarşı silahlı hücum edən 3 nəfər zərərsizləşdirilib. Qarşıdurma zamanı iki polis əməkdaşımız yüngül yaralanıb. Terrorçuların şəxsiyyəti müəyyən edilib. İzmitdən kirayə avtomobillə İstanbula gəldikləri müəyyən olunan şəxslərdən birinin dini istismar edən təşkilatla əlaqəsi olduğu, 2-si qardaş olan digər iki terrorçudan birinin isə narkotiklə bağlı qeydiyyatının olduğu müəyyən edilib”.

 

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki