image-img-20220618-wa0016backend

IX Qlobal Bakı Forumunda dövlət başçımızın verdiyi mühüm mesajlar

image-reklam_sirab_01

IX Qlobal Bakı Forumunda dövlət başçımızın verdiyi mühüm mesajlar

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 16-da öz işinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il tarixli Sərəncamı ilə yaradılmış, 2013-cü ildən keçirilməsinə başlanan Qlobal Bakı Forumuna səkkizinci dəfədir ki, ev sahibliyi edir. “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilən form artıq ənənəvi hal alıb.

Sayca 9-cu olan və  Bakı Forumunun əhəmiyyətinə gəldikdə isə forumda daha çox dünya üzrə yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsi və qlobal məsələlərin müzakirə edilməsi olduqca mühüm məqamdır. Forumda həmişə olduğu kimi bu il də ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz çıxışında ərzaq çatışmazlığı, enerji təhlükəsizliyi və miqrasiya böhranı kimi sərhədləri aşan qlobal problemlərlə yanaşı regional məsələləri də xüsusilə vurğulayaraq, onların beynəlxalq təhlükəsizlik üçün hansı təhdidləri ehtiva etdiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

Cənab Prezident çıxışı zamanı, Minsk qrupunun fəaliyyətsizliyinədə diqqət çəkərək bildirmişdir: “Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Münaqişə həll olunub. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu funksiyasını itirib”.

Dövlət başçısının çıxışında ən diqqət çəkən məqam şübhəsiz ki, onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu. Prezident Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu olduğunu bildirib: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”

 

 

Aysel Mənsimova – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki