Avropa diplomatiyasının rəhbəri Kaia Kallas bildirib ki, Avropa İttifaqı (Aİ) inkişaf etməkdə olan ölkələr Rusiya və ya İranı dəstəkləsələr, onlara yardımı azalda bilər.
Euractiv platforması onun sözlərini sitat gətirir: “Əgər tərəfdaş Rusiyanı və ya İranı dəstəkləyirsə, o zaman onlar çeviklik göstərməlidirlər ki, biz bu halda əməkdaşlığımızı yenidən qura bilək”.
Qeyd olunur ki, Kallas yeni yanaşmanın siyasətdə necə təsbit edilə biləcəyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, Aİ yardımın davam etdirilməsi ilə öz maraqlarının qorunması arasında tarazlığı qorumalıdır.


























