“Biz Azərbaycanla münasibətlərimizdə nə edə biləcəyimizi müzakirə etdik”, – deyə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
“Enerji və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlərdə daha çox çalışmalı və əlaqələrimizi gücləndirməliyik. Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır. Əlbəttə ki, dünyanın müxtəlif ölkələrində minaların təmizlənməsinə kömək edirik. Buna görə də, bizdən soruşulsa, nə edə biləcəyimizi də müzakirə edəcəyik, amma hələlik bu məsələ ilə bağlı qərar verməmişik”, – deyə o qeyd edib.


























