Həsən Turan (Muhəmməd Səman Ağa) bu gün etibarilə Kərkük Valisi seçildi.
Vətəninfo.az xəbər verir ki, bu inkişafla birlikdə Kərkükdə idarəetmə, təxminən 100 ildən sonra yenidən türkmənlərin əlinə keçmiş oldu.
Həsən Turan (Muhəmməd Səman Ağa) 1962-ci ildə Kərkükdə anadan olub.istanbul Gazi Universitetindən məzunudu. İraq Türkmən Cəbhəsinin sədri olan Həsən Turan (Muhəmməd Səman Ağa) eyni zamanda sabiq,millət vəkili və Kərkük İl Məclisinin sədri olub. Bu gün etibarilə isə Türk yurdu Kərkükün Valisidir.
Qeyd edək ki, bu, sadəcə bir valilik seçimi deyil, regionda balansı dəyişdirəcək siyasi bir dönüş nöqtəsidir. Bundan sonrakı əsas məsələ isə Türkmənlərin bu uğurlarını daimi olması istiqamətində birliyindən və güclənməsindən asılıdır.


























