Məhkəmənin qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sadərliyinə qaytarılan Kemal Kılıçdaroğlu ilk Məclis toplantısını 1 iyunda keçirməyi planlaşdırır. İclasda Mərkəzi İcra Komitəsinin (MİK) üzvləri Məclis üzvləri arasından seçiləcək və Kılıçdaroğlunun yaxın adamları arasında vəzifə bölgüsü müəyyən ediləcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” CHP-dəki mənbəyə istinadən məlumat yayıb.
Partiya İntizam Komitəsinin 1 iyunda keçiriləcək iclası da planlaşdırılır. İclasda partiya daxili intizam proseslərinin müzakirəsi və müxtəlif xaricetmə tələblərinin müzakirəsi gözlənilir.
Xatırladaq ki, CHP-nin 2023-cü ildəki 38-ci qurultayında qəbul olunmuş qərar məhkəmə tərəfindən “mütləq etibarsızlıq” (“mutlak butlan”) hesab edilib. Məhkəmə qərarı ilə 38-ci qurultayın CHP-yə sədr seçdiyi Özgür Özel postundan uzaqlaşdırılıb, Kemal Kılıçdaroğlu yenidən rəhbərliyə qaytarılıb.
Mayın 24-də Özgür Özel polisin müdaxiləsilə partiya qərargahından çıxarılıb. O, tərəfdarlarına müraciətdə deyib ki, CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlar.


























