image-3backend

Kolleclərə qəbul olanlar üçün qeydiyyat başlayıb

image-reklam_sirab_01

Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki