“Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətində qanun pozuntuları aşkarlanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Belə ki, Agentlik mağazalar şəbəkəsinin sahibi olan “ABC-Telecom” MMC-də rəqabət qanunvericiliyinin pozulması hallarına dair araşdırma aparıb və reklam fəaliyyəti ilə bağlı bir sıra pozuntular aşkar edib. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci və 7.1.4-cü maddələrinə əsasən, müəssisənin reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi halları müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur. (Ajans.az)



























