image-19backend

Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub

image-reklam_sirab_01

Bakıda 45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb: “Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki