Bu gündən Bakıdakı 269 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti bu gün başa çatıb.
Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.