image-reklam-veteninfo
image-1backend

Kreml: Ukrayna münaqişəsinin həlli Kiyevin iştirakı olmadan mümkün deyil

image-reklam-veteninfo

Kreml Ukrayna münaqişəsinin həlli üçün Kiyevin də danışıqlarda iştirak etməsinin vacib olduğunu bəyan edib.

Vətəninfo.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin Volodimir Zelenskinin iştirakı olmadan da həll edilə biləcəyi barədə açıqlamasını şərh edərkən bildirib.

Peskovun sözlərinə görə, Ukrayna rəhbərliyinin iştirakı olmadan münaqişənin tam həllinə nail olmaq mümkün deyil.

“Ki­yevdən heç bir nümayəndənin iştirakı olmadan Ukrayna məsələsini tam həll etmək mümkün deyil. Buna görə də Kiyevdə kimsə nizamlanma ilə bağlı məsuliyyətli qərar verməlidir. Bu, məcburi şərtdir”, – deyə Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, Donald Tramp ötən həftə münaqişənin həlli ilə bağlı razılaşmanın gec-tez əldə olunacağına ümid etdiyini bildirib. Bununla belə, ABŞ prezidenti prosesin Zelenskinin iştirakı olmadan da nəticələnə biləcəyini iddia edib və Ukrayna liderinin razılaşma əldə etmək istəmədiyini söyləyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki