Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Yaxın Şərq üzrə danışıqların davam edəcəyinə və güc tətbiqindən qaçınılacağına ümid edir.
Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət hələ də çox kövrəkdir və praktik olaraq gözlənilməzdir.
Peskov qeyd edib ki, “Rusiya hələlik Yaxın Şərq danışıqlarında vasitəçi deyil, lakin istənilən zəruri yardımı göstərməyə hazırdır. Yaxın Şərqdə vəziyyətin güc ssenarisinə qayıtması halında, qlobal iqtisadiyyat və regional təhlükəsizlik üçün nəticələr daha da ağır olacaq”.
Onun sözlərinə görə, Rusiya digər ölkələrlə dialoq axtarır, lakin Avropada qarşılıqlı anlaşma olmayıb.
Kreml rəsmisi əlavə edib ki, Rusiya qlobal enerji bazarlarında məsuliyyətli və çox vacib oyunçu olaraq qalır və bu baxımdan Rusiyanın həcmlərini nəzərə almamaq çox çətindir.


























