image-reklam-veteninfo
image-qpbocyqdxhjerwr6uk1vyx6zzl0dnki9wncsro2d_1200backend

Kriştianu Ronaldudan gözlənilməz qərar: Portuqaliya millisində karyerasını bitirir

image-reklam-veteninfo

Portuqaliya millisinin və dünya futbolunun ulduz futbolçusu Kriştianu Ronaldo milli komandadakı karyerasını başa çatdırmaq qərarına gəlib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Portuqaliyanın “O Jogo” nəşri məlumat yayıb.
Məlumata görə, Ronaldonun qəbul etdiyi qərar qətidir və futbolçu bundan sonra Portuqaliya millisinin formasını geyinməyəcək. Bildirilir ki, Millətlər Liqasının I turunda Uelsə qarşı keçirilən və Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşma onun milli komandada son oyunu olub.
Nəşrin məlumatına görə, Ronaldo son məşqi də yarımçıq dayandırıb. Onun komandasının Millətlər Liqasının III turunda Danimarka ilə qarşılaşacağı Kopenhagendən yaxın saatlarda ayrılması gözlənilir.
Kriştianu Ronaldo Portuqaliya millisində keçirdiyi 234 oyun və vurduğu 146 qolla həm oyun sayına, həm də qollara görə komandanın rekordçusudur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki