image-reklam-veteninfo
image-1backend

Kuba XİN rəhbəri: “ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır”

image-reklam-veteninfo

Kuba xarici işlər naziri Bruno Rodriges ABŞ-ı ölkəsinə qarşı iqtisadi təzyiqləri artırmaqda və hərbi müdaxilə ehtimalı ilə hədələməkdə ittiham edib.

Rəsmi “X” hesabında paylaşım edən nazir Vaşinqtonun onilliklərdir davam edən iqtisadi müharibə vasitəsilə Kubanı viran qoymağa çalışdığını bildirib. Rodriges ABŞ-ın son iki ay ərzində qəbul etdiyi fərmanları “soyqırım aktı” adlandıraraq, bu addımların beynəlxalq hüququ kobud şəkildə pozduğunu və “beynəlxalq cinayət” xarakteri daşıdığını vurğulayıb. O, iqtisadi blokada, enerji mühasirəsi və yeni məcburi tədbirlərin Kuba xalqına qarşı yönəlmiş təcavüz aktı olduğunu qeyd edib.

ABŞ Dövlət katibi Marko Rubio Kubaya qarşı neft blokadasının tətbiq edilməsi ilə bağlı iddiaları təkzib edib.

Marko Rubio Ağ Evdə jurnalistlərə bildirib ki, ABŞ hazırda Kubaya qarşı rəsmi bir neft blokadası tətbiq etmir. O, Vaşinqtonun Kubaya neft satan ölkələri gömrük rüsumları ilə hədələməsinə baxmayaraq, hazırda belə bir qəti qadağanın qüvvədə olmadığını vurğulayıb.

Dövlət katibi Kubadakı mövcud vəziyyətin qəbuledilməz olduğunu bildirərək, ABŞ-ın bu məsələni yaxın gələcəkdə həll etmək niyyətində olduğunu diqqətə çatdırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki