Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə və Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.
Bu barədə AMEA-dan xəbər verilib.
Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunub.
Hazırda araşdırmalar davam etdirilir.