image-reklam-veteninfo
image-labrint6-jpgbackend

“Labirint”: İnsan taleyinin və cəmiyyət fəlsəfəsinin bədii aynası

image-reklam-veteninfo

Ədəbiyyat sadəcə söz yığını, yaxud təxəyyül məhsulu deyil,  o, dövrün, insanın və cəmiyyətin mənəvi anatomiyasını çəkən bir aynadır. İmamverdi İsmayılov  Əməkdar jurnalistdir, «Qızıl qələm» mükafatı laureatıdır, bir neçə kitabın müəlifi, millət vəkili İmamverdi İsmayılovun qələmə aldığı “Labirint” əsəri də məhz bu xüsusiyyəti ilə diqqətimi çəkdi.

İmamverdi İsmayılovun əsərin fəlsəfi dərinliyinə işıq tutan təhlili, məsələni daha geniş kontekstdə görməyimizə imkan verir.

Bu gün yaşadığımız dünya, özü-özlüyündə nəhəng bir labirintdir. “Labirint” isə bu xaosun içində fərdi iradənin, mənəvi dayaqların və seçim azadlığının bədii etirafıdır. Əsəri oxuyarkən diqqətimi çəkən əsas məqamlardan birincisi siyasi və mənəvi labirint, ikincisi isə müəllifin qələmə aldığı obrazlar sanki cəmiyyətimizin mikrokozmosudur. Hər bir fərd öz şəxsi “labirint”ində azmamaq üçün mütləq bir kompas- əxlaqi və milli dəyərlər pusulası axtarır.

Əsər insana öz “mən”liyi ilə üzləşmək, cəmiyyətin məngənəsində sıxılarkən belə öz şəxsiyyətini qoruyub saxlamağın çətinliyini xatırladır. Bu, təkcə ədəbi qəhrəmanın deyil, həm də müasir insanın yaşantısıdır.

Məqalədə vurğulandığı kimi, əsərin elmi-fəlsəfi qatı ilə bədii toxunuşlarının vəhdəti onu sıravi əsərlərdən ayırır. Bu, göstərir ki, ciddi fikir adamları, siyasətçilər cəmiyyətə olan mesajlarını bədii dilin qüdrəti ilə çatdırdıqda, o daha təsirli və yaddaqalan olur.

Baş redaktoru olduğum informasiya agentliyinin prinsiplərinə görə, biz hər zaman ictimai fikrə təsir edən, insanı düşünməyə vadar edən əsərləri dəstəkləyirik. “Labirint” sadəcə oxunub keçiləcək kitab deyil, hər fəslində özümüzü, dövrümüzü və gələcəyə olan ümidlərimizi görəcəyimiz bir təcrübədir.

Düşünürəm ki, müasir dövrün mürəkkəb siyasi və sosial labirintlərində yolunu itirmək istəməyən hər kəs üçün bu əsər bir xəritə rolunu oynaya bilər. Müəllifin bu uğurlu yaradıcılıq işini alqışlayır və akademik yanaşmanın bu cür bədii uğurlara yol açmasını ədəbiyyatımız üçün vacib hesab edirəm.

Ədəbiyyatın dili ilə desək, “Labirint”in sonunda çıxış qapısını tapanlar, əslində öz daxili azadlığını tapanlardır.

Nahid Canbaxışlı

“Vətəninfo.az” İnformasiya Agentliyinin

Baş redaktor




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki