image-lacin-yeni-yolbackend

Laçından yan keçən yola “Dəhliz” statusu verilməlidirmi?

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki. “Laçın”dəhlizi,Laçın şəhəri,Zabux və Sus kəndləri Azərbaycanın hüquqi müstəvisinə qayıtdıqdan sonra, Azərbaycanın Xankəndi və “laçın”dəhlizinə nəzarət edən Rusiya sülhməramlı kontingenti Xankəndi-Gorus yolunun  4.7 kilometlik hissəsinə yerləşərək, orda post qurublar.

Hazırda Xankəndində mövcud olan separatçı ermənilərdən Viktoriya Petrosyan erməni mediasına açıqlamasında iddia edib ki, Xankəndini  Ermənistanla birləşdirən yeni marşrutun müvəqqəti hissəsi tamamilə asfaltlanıb. Separatçı iddia edib ki.yeni yolda Xankəndi-Gorus-Laçın yolu eyni məntiqlə işləyəcək. Yəni “dəhliz”statusunda olacaq: ” Xankəndini Ermənistana birləşdirən dəhlizin əsas yol hissəsinin tikintisi başa çatana qədər yeni marşrut artıq fəaliyyətdədir. Hazırda orada Rusiya sülhməramlıları yerləşdirilib və monitorinq aparırlar”.

Həm Ermənistan rəsmiləri,eyni zamanda Xankəndindəki separatçılar bəyan edirlər ki, “laçın”dəhlizi Azərbaycanın nəzarətinə keçmiş olsa da,Azərbaycan tərəfindən inşaa edilən yeni yol da “Dəhliz”statusunda olacaq. Əgər Ermənistan “Zəngəzur”dəhlizinin açılmasına razılıq verməsə, yeni çəkilən yola dəhliz statusu verilə bilərmi,yoxsa rəsmi Bakı nə etməlidir?

Milli Məclisin üzvü Cavanşir Feyziyev bildirib ki, Qarabağda kampakt şəkildə yaşayan ermənilər Ermənistanla əlaqəni artıq Azərbaycan tərəfindən yeni çəkilmiş yol vasitəsi ilə həyata keçirəcəklər:

image-cavansir

“Bu yolun “Laçın” dəhlizindən coğrafi cəhətdən yeni bir əraziyə köçürülməsi onun statusunun dəyişməsinə səbəb olmur.Yəni bu o deməkdir ki,yeni yoldan Qarabağ erməniləri dəhliz kimi istifadə edəcəklər.Lakin həmin yolun dəhliz kimi istifadə olunması müvəqqəti xarakter daşıyır.İşğaldan azad olunmuş ərazilərin inteqrasiya prosesində getdikcə bu yol,öz dəhliz statusun itirəcək”. Cavanşir Feyziyev vurğulayıb ki, Qarabağ İqtisadi bölgəsi ilə Ermənistan arasında nəqliyyat əlaqəsi,eləcə də Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr, bərabər hüquqi əlaqələrdir: “Əgər Azərbaycanın Qərb rayonları ilə Naxçıvan MR-sı arasındakı nəqliyyat əlaqəsi dəhliz vasitəsi ilə həyata keçirilməyəcəksə,Azərbaycanın da Qarabağ bölgəsi ilə Ermənistan arasında əlaqəni dəhliz vasitəsi ilə deyil,sadəcə Azərbaycanın daxili yolları vasitəsi ilə həyata keçirilməsi kimi tələb irəli sürülə bilər. Lakin bu danışıqlar mövzusudur. İki ölkə arasındakı münasibətlərin normallaşması prosesində bütün bu məsələlərə yenidən baxıla bilər və şübhəsiz ki, bu məsələ gələn görüşlərdə də müzakirə mövzusu olacaqdır”.

Milli Məclisin üzvü Elnur Allahveridiyev bununla bağlı bildirib ki, Laçın şəhərindən yan keçən və Qarabağ iqtisadi rayonunu Qərbi Zəngəzurla birləşdirən yeni yolun təxminən 32 km-dir. Bunun 10 km hissəsi Qərbi Zəngəzur ərazisindədir:

image-elnur-abdullayev

“Həmin Ermənistanın ərazisidir. Azərbaycan ərazisinə yeni yolun 22 km-lik hissəsi düşür.Təxminən 8-9-km Laçın rayonunun ərazisinə, qalanı (13-14 km) Şuşa rayonunun ərazinə düşür. Bu yolun çəkilişi Qarabağda yaşayan ermənilərin və eyni zamanda, Ermənistandakı müəyyən qüvvələrin anladığı kimi dəhliz yox, sadəcə yoldur. Azərbaycan əldə olunan üçtərəfli razılaşmanın bəndlərini əsas götürərək bölgədə rabilitasiya prosesi dövründə hansısa bir qarşıdurmanın baş verməməsi üçün bu yolu inşaa etdi. Əlbətdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin açılması üçün Ermənistan Qərbi Zəngəzurdan dəhliz yaradılması prosesin ləngidərsə, əlavə maneələr yaradarsa, o zaman yeni yol üzərində rəsmi Bakı özünün gömrük və sərhəd xidmətini işə salmış olacaqdır. Bir daha deyirəm, əgər Ermənistanın siyasi hakimiyyəti Azərbaycanın dövlət büdcəsi hesabına inşa etdiyi bu yüksək standartlara malik yolun dəhliz kimi istifadəsini istəyərsə”.
Millət vəkilinin sözlərinə görə, rəsmi Bakı bölgədə davamlı sülhün yaradılması, ölkələrin bir-birinin ərazi bütövlüyünə hörmət prinsipinin, regional komunikasiyaların dalandan çıxarılması mexanizimlərinin işlək olması üçün çalışır: “Azərbaycanın inşa etmiş olduğu yeni yol həm də gələcəkdə, Azərbaycanla-Ermənistan arasında sülh sazişi bağlanacağı təqdirdə, iki ölkə arasında sosial-iqtisadi əlaqələrin, xalqlar arasında etimad mühitinin formalaşmasında da özünün müsbət təsirini göstərmiş olacaq.Ona görə də Ermənistan rəhbərliyi, həmçinin Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər düşüncələrində və niyyətlərində ciddi dəyişikliklər etməlidirlər. Bu da ondan ibarət olmalıdır ki, Azərbaycanın yaratmış olduğu imkanlara doğru-dürüst, münasibətlərin inkişafına təkan verən yanaşma olmalıdır”.

“Atlas Araşdırmalar “Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə vurğulayıb ki, yeni yolun heç bir dəhliz statusu yoxdur:

image-elxan-sahinoglu
Elxan Şahinoğlu

” Həm Ermənistan hakimiyyəti,eyni zamanda Qarabağdakı separatçılar bunu özləri üçün deyirlər. Yeni yol  sadəcə alternativ bir yoldur.Bu yol Azərbaycan ərazisindən keçir,Azərbaycan büdcəsi hesabına tikilib.Yeni yolun sonunda yaxın gələcəkdə Azərbaycan gömrük və sərhəd xidməti yerləşəcək.Rusiyalı hərbiçilər üç il sonra bu yolu tərk edəndən sonra, yol ümumiyyətlə Azərbaycanın ordusunun nəzarətinə keçəcək.İndi də onsuz da yüksəkliklərdən biz bu yola nəzarət edə bilirik.İlham Əliyevin də dediyi kimi əgər bilinsəki yenə də keçmişdə olduğu kimi qanunsuz nəsə daşınır,qanunsuz kimlərsə əraziyə dzxil olur Azərbaycan hərbiçilərinin tam ixtiyarı vardır ki,həmin yolda istənilən maşını saxlasın.Ona görə də bu yol bizim erməni separatçılarına bizim hədiyəmizdi. Bir daha deyirəm bu yol Azərbaycan büdcəsi hesabına çəkilib və Azərbaycanın öz ərazisindən keçir.Ona görə də biz bu yola nəzarət edəcəyik”.

 

Vətəninfo.az İnformasiya şöbəsi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki