ABŞ dövlət katibi Marko Rubio bildirib ki, “Livan və İsrail arasındakı əlaqələr Hizbullahın təsirinə son qoymağa yönəlib”.
Onun sözlərinə görə, hazırkı danışıqlar təkcə atəşkəslə bağlı deyil, həm də İsrailin Livandakı hərbi əməliyyatlarına son qoyulması da daxil olmaqla daha geniş razılaşmalarla bağlıdır.
Qeyd etmək lazımdır ki, ABŞ-İran danışıqlarının növbəti mərhələsi ilə bağlı məsələlər müzakirə olunur, lakin hələlik tarix müəyyən edilməyib. ABŞ prezidenti Donald Tramp İslamabadda ABŞ-İran danışıqlarının bərpasını mümkün hesab edib.


























