Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 20-də keçirilən magistraturaya qəbul imtahanında 1 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17087 bakalavrdan 294 nəfəri isə imtahana gəlməyib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 20-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.