Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevə məxsus 10-BU-100 dövlət nömrə nişanlı avtomobil qayda pozuntusu edərkən kameraya düşüb.
Belə ki, sürücü 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı edib və bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Baş verən hadisə ilə bağlı müğənni Manaf Ağayevlə əlaqə saxlanıb. O, açıqlama verməkdən imtina edib:
“Mən açıqlama vermirəm”.
Qeyd edək ki, məsələ ilə bağlı Bakı şəhəri Dövlət Yol Polisi İdarəsindən avtosfer.az-a verilən məlumata görə, törədilmiş xətayla bağlı yayılmış videogörüntü araşdırılıb və həmin nəqliyyat vasitəsini idarə edən sürücünün Fərmanov Elvin Bəhmən oğlu olduğu müəyyənləşdirilib. Onun barəsində inzibati protokol tərtib olunub. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə 60 manat, 3 bal cərimə edilib.