image-529ff0ce-73aa-4d01-a39e-e073b6d343f0backend

Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb-Foto

image-reklam_sirab_01

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub yaratmağı planlaşdıran gənclərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlayır.

Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlət başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyirlər. Görülən işlər nəticəsində tezliklə oranın məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyini ifadə ediblər.

Video-çarxlarda müxtəlif peşə sahibi olan məcburi köçkünlər öz peşəsi barədə məlumat verib, fəaliyyətlərini bundan sonra işğaldan azad olunmuş yerlərdə davam etdirəcəklərini, doğma yurdlarının ən abad guşələrdən birinə çevrilməsi üçün gənclərin də dəstək verməsinin əhəmiyyətini qeyd ediblər.

Videolayihə əsasında çəkilişlər davam etdirilir. Növbəti video çarxda Kəlbəcər rayonunun Zar kənd sakini Elməddin Bayramov təəssüratlarını bölüşüb.
image-3b61b8fe-8be2-4c2e-9ba9-29268b730ac1

 

https://www.youtube.com/watch?v=ygHWWIvMnxQ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki