image-6backend

Mədəniyyət Nazirliyi: “Büdcədə sənət adamlarının müalicəsi üçün vəsait nəzərdə tutulmayıb”

image-reklam_sirab_01

Bir müddətdir azərbaycanlı gənc aktyor Elvin Ağayev İltifat oğlu sirroz xəstəliyindən əziyyət çəkir. Aktyor və həmkarları mətbuat vasitəsi ilə maliyyə yardımı üçün xalqa müraciət edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dövlət büdcəsindən nazirliyə kino sahəsinin inkişafı ilə bağlı vəsait filmlərin istehsalı və müxtəlif kino tədbirlərinin təşkili məqsədilə ayrılır:

“Nazirliyin kino büdcəsində sənət adamlarının müalicəsi üçün vəsait nəzərdə tutulmayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki