image-interpress_73ec82ec194d80256c36dfbe49d30ba2_vu3gf2eix86m4wksz10j-640x336backend

MEDİA Agentliyində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə görüş keçirilib

image-reklam_sirab_01

İyunun 16-da Medianın İnkişafı Agentliyində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə görüş keçirilib.

Vətəninfo.az xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

Görüş zamanı türk dövlətlərinin media əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, forum Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə keçirilir. 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki