image-8947aefc-e490-3c23-b432-9f892ce41836_850backend

Meksikanın qərbində avtomobildə üç nəfərin meyiti tapılıb

image-reklam_sirab_01

Meksikanın qərbində avtomobildə üç nəfərin meyiti tapılıb.

Qərbdəki Xalisko ştatının Masamitla şəhərində tərk edilmiş avtomobil aşkarlanıb.

Araşdırmalar nəticəsində iki nəfərin meyitinin itkin düşmüş polislərə aid olduğu məlum olub.

Cinayətkarların axtarışı davam etdirilir.

Polislərin ötən il iyulun 1-də Montoso şəhərində patrul xidməti apararkən cinayətkar dəstələr tərəfindən qaçırıldığı güman edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki