image-1backend

Məktəbəhazırlıq qruplarında da dərslər BAŞLADI

image-reklam_sirab_01

Bu gün – oktyabrın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərslər başlayıb.

Elmə və Təhsil Nazirliyindən Vətəninfo.az-a verilən məlumata görə, bu il məktəbəhazırlıq qruplarına 91 minə yaxın uşaq qəbul olunub.

Üzrlü səbəbdən məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki