image-reklam-veteninfo
image-rrbhsu18ecp9iavpbackend

Mer həbs edildi

image-reklam-veteninfo

Ermənistanda Meğri icmasının rəhbəri Xaçatur Andreasyan həbs edilib.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, Andreasyan yeraltı və ya təbii sərvətlərdən qanunsuz istifadə, həmçinin bu məqsədlə rüşvət vermə və alma ittihamları üzrə aparılan cinayət işi çərçivəsində saxlanılıb.

Məhkəmənin qərarı ilə Meğri icmasının rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib.

Komitənin məlumatına görə, eyni cinayət işi çərçivəsində saxlanılan daha 6 nəfər barəsində də həbs və ev dustaqlığı qətimkan tədbirləri tətbiq olunub.

Qeyd edək ki, daha əvvəl bu iş üzrə Meğri icmasının rəhbəri Xaçatur Andreasyan da daxil olmaqla, ümumilikdə 8 nəfərin həbs edildiyi bildirilmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki