image-6294a48f03af36294a48f03af416539086235b462751962d6f46d8df4945b4d2ac6bbackend

Mərkəzi Bankın İdarə Heyətinə iki yeni üzv təyin edildi

image-reklam_sirab_01

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində son plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Veteninfo xəbər verir ki, layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilib.

Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki