Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə görüşləri müntəzəm olaraq davam edir. Belə ki, millət vəkili K.Nurullayeva Rüstəm Rüstəmov küçəsi 5 və Məshəti Gəncəvi küçəsi 22 ünvanlarında yaşayan seçiciləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik problemlər ilə yaxından tanış olub. Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.
K.Nurullayevanın qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən yaşayış binasının girişlərinin cari təmiri olunması, bloklardakı pəncələrin dəyişdirilməsi, dam örtüyünün bərpa olunması, məhəllənin abadlaşdırılması və s. ilə bağlı olub. Qeyd edək ki, səyyar görüş sonunda sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.