İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə qafqazinfo-ya onun ailəsindən məlumat verilib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq.
Qeyd edək ki, Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.


























