image-1backend

MİQ imtahanlarına buraxılan və buraxılmayan müəllimlər MƏLUM OLDU

image-reklam_sirab_01

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulunun cavabları açıqlanıb.

Vətəninfo.az saytının məlumatına görə, elektron sənəd qəbulunun cavabları namizədlərin şəxsi səhifələrinə göndərilib.

Beləliklə də, kimin MİQ imtahanlarına buraxılacağı, kimin buraxılmayacağı məlum olub.

MİQ imtahanlarının vaxtına gəlincə, sənədləri təsdiqlənən müəllimlərə yaxın vaxtlarda bu barədə də məlumat veriləcəyi qeyd olunub.

Qeyri-rəsmi məlumatlara görə, MİQ imtahanlarının iyulun 15-dən sonra keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, mayın 15-dən 22-nədək 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi aprılıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçirilib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi olmaqla 4 mərhələdən ibarətdir.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 (ümumilikdə 60) sual təqdim ediləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə – 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.

Test imtahanının nəticələrində keçid balı 40 bal götürüləcək.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki