image-2backend

MİQ müsabiqəsinin ilk günündə 8 fənn üzrə müsahibələr təşkil olunur

image-reklam_sirab_01

Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) müsahibə mərhələsinin ilk günündə riyaziyyat, informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunur.

Bu barədə Vətəninfo.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

Xatırladaq ki, Bakı şəhər 161 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 5740 nəfər dəvət edilib.

Avqustun 22-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar səriştələri, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki