image-reklam-veteninfo
image-1backend

Mirşaymer: Netanyahu nüvə silahından istifadə edə bilər

image-reklam-veteninfo

Tehranla qarşıdurma fonunda Təl-Əviv son dərəcə çətin vəziyyətdədir və buna görə də İsrailin Baş naziri Benyamin Netanyahu hətta nüvə silahından istifadəyə də əl ata bilər. Vətəninfo.az xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer Daniel Devisin YouTube kanalına verdiyi müsahibədə bildirib.

Mirşaymer izah etdi ki, İsrail rəhbərliyi Tehranı mövcudluq təhlükəsi kimi görür, lakin bu mərhələdə onu məğlub etmək iqtidarında olmadığını başa düşür. Professorun sözlərinə görə, belə bir “çətin vəziyyətdə” qalan Təl-Əviv həddindən artıq tədbirlərə əl ata bilər.

“Bu, bizi sonda israillilərin nüvə silahından istifadə etməyi düşünə biləcəyi fikrinə qaytarır”, – deyə analitik qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki