Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orxey şəhərinin mer vəzifəsinə seçkilərinin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Azərtac-a Ramiz Ansarovun özü məlumat verib.
Mayın 31-də Orxey şəhərinin mer vəzifəsinə seçkilərin ikinci turunda seçicilərin 58 faizindən çoxu Ramiz Ansoravun lehinə səs verib.
Qeyd edək ki, mayın 17-də Orxey şəhəri merinə seçkilərin birinci turunda Ramiz Ansarov namizədlər arasında ən çox səs toplayıb. 1987-ci ilin aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Barana (Noyemberyan) rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. 4 oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəallıq göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.
Aydın olub ki, Moldovada üstün mövqe qazanan həmyerlimiz əslən Noyemberyan rayonunun Ləmbəli kəndindəndir. O, Moldovada 7.5 il Azərbaycan dövlətini uğurla təmsil edən səfir Qüdsi Osmanovun (Hazırda Rumıniyada səfirdir -Mia.az) həmkəndlisi və qapıbir qonşusu olub.
Əldə etdiyimiz məlumatda o da deyilir ki, Ramiz Ansarovun atası uzun illər Moldovada polis sistemində xidmət edib və təxminən 10 il əvvəl vəfat edib.
Həmyerlimizi təbrik edirik!


























