image-photo_96430backend

Müdafiə naziri Zakir Həsənovun doğum günüdür – FOTO

image-reklam_sirab_01

Bu gün Müdafiə naziri General-polkovnik Zakir Həsənovun doğum günüdür.

Vətəninfo.az xatırladır ki, Həsənov Zakir Əsgər oğlu 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub.

1976-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi bitirib.

1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək Sibir Hərbi Dairəsində xidmətini davam etdirib.

1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.

1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 №-li Sərəncamı ilə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Horadiz əməliyyatı daxil olmaqla Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli müvafiq əmri ilə “Sərhəddə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 30.06.2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 11.03.2008-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 19.04.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və 05.06.2019-cu il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və “general-polkovnik” hərbi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki