image-59backend

Müəllimlərin 90 mindən artığı koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub

image-reklam_sirab_01

“Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji heyətin təxminən 90 mindən artığı koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub”.

Vətəninfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılığı təmin ediriksə, bunu əhalinin kütləvi vaksinasiyadan keçməsinə borcluyuq:

“İl yarım bundan əvvəl ölkədə gün ərzində yoluxma sayı 5 mindən yüksək olanda problemlər yaşayırdıq. Lakin indiki yoluxma saylarında məktəblər, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki