Vətəninfo.az xəbər verir ki, Xəzər Universiteti və Nailəxanım Təqaüd Fondu tərəfindən noyabırn 24-də Nailəxanım Təqaüdünün təqdimetmə mərasimi keçiriləcək.
Eyd edək ki, Nailəxanım Təqaüdü magistratura və doktorantura səviyyələrində təhsil alan istedadlı qızların akademik və peşəkar inkişafını dəstəkləyir, eyni zamanda onların təhsilini tam maliyyələşdirməklə qadınların elmi potensialının üzə çıxarılmasına və cəmiyyətdə fəal iştirakına töhfə verir.
Tədbir çərçivəsində Fondun fəaliyyətinə həsr olunmuş qısa film nümayiş etdiriləcək, təqaüdlər təqdim olunacaq və səfirlərin iştirakı ilə “Fürsətdən təsirə: Sərhədləri aşan qadın liderliyi” mövzusunda panel müzakirəsi keçiriləcək.

























